“Azərbaycan Dəmir Yolları” və Çexiya şirkəti arasında Bakı-Böyük Kəsik sahəsinin əsaslı təmirinə dair əlavə saziş imzalanıb - FOTO

“Azərbaycan Dəmir Yolları” və Çexiya şirkəti arasında Bakı-Böyük Kəsik sahəsinin əsaslı təmirinə dair əlavə saziş imzalanıb - <span style="color: red;">FOTO
# 14 aprel 2015 10:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çexiyanın “Moraviya STEEL” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görüşdə Azərbaycan Dəmir Yollarında reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Daha sonra “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə podratçılar, Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissəsinin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki,Bakı-Böyük Kəsik sahəsində bütün tikinti işləri başa çatandan sonra qatarların orta sürəti saatda 140 km-ə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR