EANA prezidenti: “İstəyirik ki, Azərbaycanın informasiya agentlikləri Avropa standartlarına yaxınlaşsın”

EANA prezidenti: “İstəyirik ki, Azərbaycanın informasiya agentlikləri Avropa standartlarına yaxınlaşsın”
# 02 mart 2015 08:16 (UTC +04:00)

APA-nın məlumatına görə, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal deyib ki, Azərbaycanın inkişafı istiqamətində böyük işlər görülüb. O bildirib ki, keçmiş sovet ölkələri Avropanın demokratik ölkələr ailəsinə daxil olub: “Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Biz Azərbaycan mediasına öz töhfəmizi verməyə çalışacağıq. Ötən ilin oktyabrında Azərbaycan xarici işlər naziri ilə görüşmüşdük, demişdi ki, hər şey ideal deyil. Biz istəyirik ki, “AzərTAc” və Azərbaycanın informasiya agentlikləri Avropa standartlarına yaxınlaşsın. Bu sahədə sizə kömək etməyə hazırıq”.

Azərbaycanda azad medianın inkişafı sahəsində mühüm işlər görüldüyünü vurğulayan “AzərTAc”ın baş direktoru Aslan Aslanov EANA prezidenti ilə dost olduğunu və bu dostluqdan məmnunluq duyduğunu söyləyib. O, Azərbaycan mediasına dəstək istiqamətində səylərinə görə EANA prezidentinə təşəkkür edib.

Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov isə Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb və növbəti Konqresin 2016-cı ildə Azərbaycanda keçiriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR