İsmayıllıda iki gün öncə qadını döyərək öldürən şəxs həbs edilib

 İsmayıllıda iki gün öncə qadını döyərək öldürən şəxs həbs edilib
# 04 iyul 2014 10:43 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 2-də İsmayıllı şəhəri Q.Aslanov küçəsində şəhər sakini Rəbiyyə Talıbovanın üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Talıbovanı taxta parçası ilə döyərək öldürən İsmayıllı rayon sakini Elbrus Cəbiyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR