Ötən gün gecə saatlarında magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində Səbail rayonunun bəzi ərazilərinin su təminatında gün ərzində yaranan müvəqqəti fasilə səhər saatlarından aradan qaldırılıb.
Bu barədə "APA-Economics"ə "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.
Bildirilib ki, hazırda abonentlərin su təminatı əvvəlki rejimlə icra olunur.