FHN Bakıda sərnişin avtobusu ilə “Shacman”ın toqquşması haqqında məlumat yayıb - YENİLƏNİB - 1 - VİDEO

FHN Bakıda sərnişin avtobusu ilə “Shacman”ın toqquşması haqqında məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB - 1  - <span style="color: red;">VİDEO
# 07 iyun 2015 12:15 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı avtobus toqquşub.

Nəticədə, avtomobillər deformasiyaya uğrayıb, hər iki avtomobilin sürücüsü xəsarət alıb, “Daewoo” markalı avtobusda olan 1 sərnişin isə aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Xilasedicilər yaralıları və cəsədi avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

***

saat 12.40

Bakı. Fuad Cəfərov – APA. Bakıda sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

APA-nın məlumatına görə, 214 saylı xətt marşrutu ilə işləyən "Daewoo" markalı sərnişin avtobusu ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər ağır xəsarətlər alıb.

Avtobusda sıxılmış vəziyyətdə qalmış bir neçə sərnişin avtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis, FHN və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR