Suriyada məscidin partladılması nəticəsində 25 silahlı ölüb

Suriyada məscidin partladılması nəticəsində 25 silahlı ölüb
# 04 iyul 2015 03:25 (UTC +04:00)

Bakı-APA. Suriyanın şimal-qərbində ötən gün axşam saatlarında məscidin partladılması nəticəsində “Cəbhə ən Nüsrə” terror qruplaşmasının 25 silahlısı ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, güclü partlayış İdlib əyalətinin inzibati paytaxtının ətrafındakı Arih şəhərciyində törədilib. Məlumata görə, partlayışın baş verdiyi məsciddə terrorçular iftar süfrəsinə toplaşıbmış.

Partlayışın səbəbi məlum deyil. Hücumun “Cəbhə ən Nüsrə” ilə mübarizə aparan İŞİD qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR