Azərbaycanda ixracın 94%-i enerji daşıyıcılarının payına düşür

Azərbaycanda ixracın 94%-i enerji daşıyıcılarının payına düşür
# 26 fevral 2013 13:05 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ay ixracın ümumi həcmi 1 922 709,05 min dollar təşkil edib ki, bunun 1 629 805,2 min dolları və ya 84,77%-ni xam neft, 85 993,37 min dollarını və ya 4,47%-ni neft məhsulları, 90 480,91 min doları və ya 4,71%-ni isə təbii qaz təşkil edib. Ötən ilin yanvar ayı ilə müqayisədə təbii qazın ixracı 79,93%, xam neft ixracı 2,86% artıb, neft məhsullarının ixracı isə 14,2% azalıb.

İxracda payına görə sonrakı yerləri bitki və heyvan mənşəli yağlar tutur (31,327 mln. dollar və ya 1,63%), şəkər (10,430 mln. dollar və ya 0,54%), meyvə-tərəvəz (10,225 mln. dollar və ya 0,53%), alüminium və ondan hazırlanan məmulatlar (8,037 mln. dollar və ya 0,42%) tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR