Türkiyə səfirliyində Novruz tədbiri keçirilib - FOTOSESSİYA

Türkiyə səfirliyində Novruz tədbiri keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 mart 2013 15:23 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Türkiyənin Azərbaycandakı səfirliyində Novruz bayramı münasibətilə qəbul təşkil olunub. APA-nın məlumatına görə, qəbulda hökumət təmsilçiləri, Milli Məclisin üzvləri, türkiyəli iş adamları, səfirliklərin nümayəndələri və jurnalistlər iştirak edib.

Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycanda Novruz bayramını qeyd etməkdən sevinc hissi keçirdiyini deyib və azərbaycanlıları bayram münasibətilə təbrik edib. Diplomat Novruzun azərbaycanlılara və bütün türk dünyasına sülh, əmin-amanlıq, sevinc, bərəkət gətirməsini arzulayıb.


Sonda tədbir iştirakçıları Novruz ənənəsinə uyğun olaraq bayram tonqalının üzərindən tullanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR