Göygöl rayonunda bıçaqlanma olub

Göygöl rayonunda bıçaqlanma olub
# 22 mart 2015 16:35 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə 23 yaşlı oğlan bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərində baş verib.

Rayon sakini, 1984-cü il təvəllüdlü Ruslan İlqar oğlu Qənbərov mübahisə etdiyi həmyerlisi, 1992-ci il təvəllüdlü Səbuhi Mobil oğlu Əliyevi bıçaqlayıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən S. Əliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

R. Qənbərov könülü Göygöl rayon Polis Şöbəsinə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR