Bakı-APA. Çinin Tibet Muxtar Rayonunda baş vermiş qar uçqunu nəticəsində 9 nəfər itkin düşüb.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Muxtar Rayonun Nqari dairəsindən 300 km aralıda qeydə alınıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub, itkin düşənlərin axtarışlarına başlanılıb.