İranın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycana səfər edəcək

İranın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycana səfər edəcək
# 01 avqust 2014 08:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İranın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycana səfər edəcəklər.

Səfərin məqsədi 7 avqust 2014-cü il tarixində Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək Azərbaycan-İran Biznes Forumunda iştirak etməkdir.

Məlumata görə, İKT şirkətləri ilə yanaşı, tədbirdə nəqliyyat, dənizçilik və logistika, ticarət, qida sənayesi, kənd təsərrüfatı, mühəndislik, tikinti və tikinti materiallarının istehsalı, kimya məmulatlarının istehsalı, səhiyyə, konsaltinq və digər sektorları təmsil edən 50-yə yaxın İran şirkəti iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR