Masallı Rayon Polis İdarəsinə yeni rəis təyin olunub

Masallı Rayon Polis İdarəsinə yeni rəis təyin olunub
# 10 oktyabr 2012 12:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Masallı rayonuna yeni polis rəisi təyin olunub. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə polis-polkovniki Nəriman İmanov Tərtər Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək, Masallı rayonuna polis rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmri ilə DİN-in Ukraynadakı nümayəndəsi, polis polkovniki Zəfər Abıyev geri çağırılıb və onun yerinə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əkbər Yusifov təyin edilib.

Qeyd edək ki, Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus və Moldovadakı nümayəndəsi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR