Amerikalıların üçdə biri İranı ABŞ-ın ən qatı düşməni sayır

Amerikalıların üçdə biri İranı ABŞ-ın ən qatı düşməni sayır
# 23 fevral 2012 02:50 (UTC +04:00)
Bakı-APA. «Gallup» təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə amerikalıların 32%-i İranı ABŞ-ın ən qatı düşməni hesab edirlər.

Ötən il amerikalıların 25%-i bu fikirdə olub. ABŞ-ın «əsas düşmənlərinin» siyahısında ilk beşliyə Çin (23%), Şimali Koreya (10%), Əfqanıstan (7%) və İraq (5%) da daxil olublar. Altıncı yeri Rusiya və Pakistan bölüşürlər (2%).

Respondentlərin 1%-nin fikrinə görə, «ABŞ özü özünün düşmənidir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR