Bu gün ANS ÇM 18 yaşını qeyd edir

Bu gün ANS ÇM 18 yaşını qeyd edir
# 28 may 2012 11:13 (UTC +04:00)
APA-nın xəbərinə görə, ölkənin tanınan və nüfuzlu media qurumlarından olan ANS məhz bu gün yaranıb.

Azərbaycanda ilk FM radiostansiyası olan, Milli Qəhrəman Çingiz Mustafayev adına ANS ÇM-in dalğasından belə bir radionun yarandığını 18 il əvvəl indi ANS Şirkətlər qrupunun prezidenti olan Vahid Mustafayev elan edib.

Yarandğı vaxt radioda aparıcı, prodüsser, növbətçi reportyor vəzifələrini də elə Vahid Mustafayev özü həyata keçirib.

Hazırda isə onlarla mütəxəssisin çalışdığı radio 24 saat fasiləsiz fəaliyyət göstərir, dinləyicilərinə çoxsaylı verilişlər təqdim edir.

ANS Şirkətlər Qrupunda bu tarix həm də ANS TV-nin müstəqil ötürücüsünün və tezliyinin olması ilə əlamətdardır.

APA-Group” ANS Şirkətlər Qrupunu bu ildönümü münasibətilə təbrik edir. ANS-dəki həmkarlarımıza yeni yaradıcılıq uğurları arzulayırıq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR