Şimali Koreyanın ticarət naziri vertolyot qəzasında həlak olub

Şimali Koreyanın ticarət naziri vertolyot qəzasında həlak olub
# 16 fevral 2012 14:18 (UTC +04:00)
Bakı - APA-Economics. Şimali Koreyanın ticarət naziri Kim Bon Çer (Kim Bong Cheol) vertolyot qəzasında həlak olub.

APA-Economics”in Cənubi Koreya mətbuatına istinadən xəbərinə görə, hadisə fevralın 14-də Pxenan-Punkto məntəqəsində baş verib.

Enişə hazırlaşan vertolyotun quyruğu qayaya toxunub. Hadisə nəticəsində 5 nəfər həlak olub, amma vertolyotdakı jurnalistlər və pilot sağ qalıb.

Nazir və tabeçiliyindəkilər Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin anadan olmasının 70 illiyi münasibətilə əhaliyə hədiyyə paylamağa gedirmişlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR