İraqda ABŞ vətəndaşı girovluqdan azad olunub

İraqda ABŞ vətəndaşı girovluqdan azad olunub
# 17 mart 2012 23:09 (UTC +04:00)
Bakı-APA. Radikal şiə imamı Muktada as-Sadr tərəfdarları girov saxladıqları ABŞ vətəndaşını azad ediblər.
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, as-Sadr tərəfdarı bildirib ki, girov İraqda BMT-nin missiyasına təhvil verilib.
ABŞ tərəfinin məlumatına görə, azad olunan şəxs keçmişdə hərbiçi olub. O, İraqda mülki şəxs qismində bir ABŞ şirkətində işləyirdi. Onu 9 ay bundan qabaq əs-Sadr silahlıları oğurlayıblar.
Muktada əs-Sadr qruplaşması heç şərt irəli sürmədən ABŞ vətəndaşını azad edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR