Ermənistanda ərzaq məhsulları bahalaşmaqda davam edir

Ermənistanda ərzaq məhsulları bahalaşmaqda davam edir
# 01 oktyabr 2012 14:28 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. Bu ilin sentyabr ayında Ermənistanda inflyasiya 2,5% təşkil edib.

APA-Economics”in Ermənistan Milli Statistika Xidmətinə istinadən məlumatına görə, aylıq müqayisədə inflyasiya 0,8% artıb. Buna səbəb çörək, tərəvəz və kartofun 1,5-10,7% bahalaşmasıdır.

İllik müqayisədə isə ərzaq məhsulları, o cümlədən alkoqol və tütün 1,8%, qeyri-ərzaq məhsulları 5,7%, xidmətlər isə 2,1% bahalaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR