Azərbaycanda əhalinin bank əmanətləri 31% artıb

Azərbaycanda əhalinin bank əmanətləri 31% artıb
# 16 may 2012 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin ümumi həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30,7% artaraq 4 298,9 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 2 395,7 mln. manatı və ya 55,7%-i milli, 1 903,2 mln. manatı xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 58,2% və 7,3% artıb. Əmanətlərin 76,8%-i özəl banklarda yerləşdirilib.

Qeyd edək ki, 2012-ci ilin aprel ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 100 Rusiya rubluna 2,67 manat, 1 avroya 1,03 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,79 manat, 2,62 manat və 1,03 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR