Silvio Berluskoni yenidən İtaliyanın baş naziri olmaq niyyətindədir

Silvio Berluskoni yenidən İtaliyanın baş naziri olmaq niyyətindədir
# 13 iyul 2012 04:53 (UTC +04:00)
Bakı-APA. Silvio Berluskoninin «Azadlıq xalqı» partiyası 2013-cü ilin parlament seçkilərindən sonra onu baş nazir vəzifəsinə irəli sürməyi planlaşdırır. Bu barədə partiyanın deputat qrupunun sədri Fabrisio Çikkitto Berluskoni ilə görüşdən sonra məlumat verib.

Xatırladaq ki, ötən ilin noyabrında ciddi siyasi böhran nəticəsində baş nazir vəzifəsinə tərk etmiş Silvio Berluskoni bir daha ölkədə rəhbər vəzifələrə iddia etməyəcəyini bildirmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR