Rusiya XİN: NATO 2008-ci ilin avqustunda baş verən faciəvi hadisələrdən prinsipial nəticə çıxarmayıb

Rusiya XİN: NATO 2008-ci ilin avqustunda baş verən faciəvi hadisələrdən prinsipial nəticə çıxarmayıb
# 24 may 2012 15:00 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. “Rusiya NATO-nun Gürcüstan barədə qərarından təəssüflənir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya hesab edir ki, NATO 2008-ci ilin avqust hadisələrindən nəticə çıxarmayıb: “Cənubi Qafqazda ən mürəkkəb məsələlərdən biri də Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında mehriban qonşuluq münasibətlərini bərpa etməkdir. Rəsmi Moskva NATO-nun Çikaqo sammitinin bəyanatını təəssüf və narahatçılıqla qəbul edir. Bu bəyanat Rusiyanın Cənubi Osteyia və Abxaziyanın müstəqilliyini tanınması haqqında qərarını yenidən gözdən keçirməyə çağırıb: “Şübhəsiz ki, NATO 2008-ci ilin avqustunda baş verən faciəvi hadisələrdən prinsipial nəticə çıxarmayıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR