Azərbaycanda 2012-2013-cü tədris ili üçün dərsliklərin hazırlanmasına başlanılıb

Azərbaycanda 2012-2013-cü tədris ili üçün dərsliklərin hazırlanmasına başlanılıb
# 27 fevral 2012 10:32 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda 2012-2013-cü tədris ili üçün dərsliklərin hazırlanmasına başlanılıb. Növbəti tədris ili üçün çap ediləcək dərsliklərin sayı ötən ilki ilə müqayisədə təxminən iki dəfə çox olacaq. Bu barədə APA-ya Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib. Onun sözlərinə görə, 2012-2013-cü tədris ili üçün 194 adda dərslik nəşr olunacaq. F. Şahbazlı deyib ki, 114 adda dərsliyin müəyyən faizlərlə, 80 adda dərsliyin isə 1 və 5-ci siniflər üçün çapı nəzərdə tutulur: “Artıq 114 adda dərsliklərlə bağlı müəyyən prosedurlara başlanılıb. İstəyirik ki, may-iyun ayınadək bunu başa çatdıraq”.

Qeyd edək ki, 2012-2013-cü tədris ili üçün Azərbaycanda 102 adda dərslik və müəllimlər üçün metodik vəsait nəşr olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR