Zeynəb Xanlarova “Zirvə” mükafatına layiq görülüb

Zeynəb Xanlarova “Zirvə” mükafatına layiq görülüb
# 09 mart 2012 13:37 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rəşid Behbudov adına Mahnı Teatrında “Zirvə” mükafatının təqdimatı keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, mükafat milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət sahəsində xüsusi nailiyyətlər qazanaraq yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərə verilir: “Yeddi nominasiya üzrə keçirilən bu mükafat Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinə bu sahədə göstərdiyi xidmətlərinə görə təqdim olunur”.

Musiqi mədəniyyətində əvəzsiz xidmətlərinə görə xalq artisti Zeynəb Xanlarova, teatr və kino sahəsindəki uzun illik məhsuldar fəaliyyətinə görə xalq artisti Nodar Şaşıqoğlu, musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə və yaradıcılıq fəaliyyətinə görə xalq artisti və bəstəkar Firəngiz Əlizadə, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə xalq artisti Eldar Quliyev “Zirvə” mükafatına layiq görülüblər.

Qeyd edək ki, “Zirvə” mükafatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR