Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub

Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub
# 18 iyul 2012 07:18 (UTC +04:00)
Bakı - APA. Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini yenidən pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusunun bölmələri iyulun 17-də və 18-nə keçən gecə Ağdam rayonunun Qaraqaşlı, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli kəndləri yaxınlığındakı və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR