Kanada Senatının üzvü Azərbaycanın Respublika Günü ilə əlaqədar bəyanat yayıb

Kanada Senatının üzvü Azərbaycanın Respublika Günü ilə əlaqədar bəyanat yayıb
# 01 iyun 2012 20:21 (UTC +04:00)
Bakı-APA.Kanada Senatının üzvü Salma Atullahcan Azərbaycanın Respublika Günü ilə bağlı bəyanat yayıb.
Səfirlikdən APA-ya verilən xəbərə görə, bəyanatda 1918-ci ilin 28 may tarixində Azərbaycanda demokratik respublikanın elan edildiyi və Azərbaycanın ilk müsəlman ölkəsi qismində qadınlara bərabər siyasi hüquqlar və seçki hüququ verdiyi qeyd olunub. Bəyanatda, həmçinin, Rusiya imperiyası ərazisində ilk dəfə 1901-ci ildə Azərbaycanda ilk qızlar gimnaziyasının təsis edildiyini və qadınların müxtəlif illərdə ölkənin yüksək vəzifələrində çalışdıqları bildirilib. Həmçinin, Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR