Zaqatalanın Yuxarı Tala kəndində ev yandırılıb - VİDEO

Zaqatalanın Yuxarı Tala kəndində ev yandırılıb - <font color=red>VİDEO</font>
# 18 aprel 2012 16:35 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Yuxarı Tala kəndində Əliyeva Hürü Mollaəli qızına məxsus, ümumi sahəsi 190kv/m olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evində yanğın başlayıb. Hadisə yerinə Zaqatala YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb.

Yanğın nəticəsində evin çardaq hissəsinin 140 kv/m sahəsi və evin ikinci mərtəbəsindəki otaqlardan ikisinin tavan hissəsi yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində ev əşyaları yanğından mühafizə edilib, ev sahiblərindən xəsarət alan olmayıb.

Zaqatala YMH-dən bildirilib ki, H. Əliyevaya məxsus fərdi yaşayış evi qəsdən yandırılıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR