FHN Goranboyda baş verən qəza ilə bağlı məlumat yayıb

FHN Goranboyda baş verən qəza ilə bağlı məlumat yayıb
# 17 avqust 2012 13:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Qazax dəmiryolu xəttinin Goranboy rayonunda yerləşən Kürəkçay stansiyasının ərazisində baş verən qəza ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonu, Kürəkçay qəsəbəsində yolların təmiri vaqonunun yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. İdarənin iki işçisi müxtəlif dərəcəli yanıq xəsarətlər ilə xəstəxanaya aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR