Yığmamızın futbolçusu İspaniya klubundan ayrıldı

Yığmamızın futbolçusu İspaniya klubundan ayrıldı
# 22 fevral 2012 09:39 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının futbolçusu Rizvan Umarov şərəfini qoruduğu İspaniyanın “Deportivo Kastelyon” klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, milliləşən rusiyalı artıq komandanın düşərgəsini tərk edib.

Belə ki, son vaxtlar maliyyə problemləri ilə üzləşən klub əsas heyətə düşməkdə çətinlik çəkən bir sıra futbolçularla yollarını ayırmağa qərar verib. İmtina olunan oyunçular arasında 3 ispaniyalı ilə yanaşı, komandanın Rusiyadan transfer etdiyi Umarov və Andrey Blundi də var. Klub rəhbərliyi ümidləri doğrultmayan mərkəz hücumçularına artıq xərc çəkməyi lazım bilməyib.

Qeyd edək ki, artıq yeni klub axtarışına çıxan Rizvan Dubayda hazırlıq keçəcək Azərbaycan yığmasının düşərgəsinə yollanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR