Rusiya prezidenti yeni hökumətin tərkibini açıqlayıb

Rusiya prezidenti yeni hökumətin tərkibini açıqlayıb
# 21 may 2012 14:10 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, baş nazirin 1-ci müavini İqor Şuvalov, müavinlər Dmitri Kozak, Dmitri Roqozin, Aleksandr Xloponin və Vladislav Surkov (hökumət aparatının rəhbəri) vəzifələrini saxlayıblar. Baş nazirin müavinləri Viktor Zubkov və İqor Seçin yeni kabinetdə yer almayıblar. Onları Arkadi Dvorkoviç və Olqa Qolodets əvəzləyib.

Daxili işlər naziri Rəşid Nurqəliyev də vəzifəsindən məhrum edilib. Onun yerinə bu vəzifəyə Moskvanın polis rəisi Vladimir Kolokoltsev təyin olunub.

Mədəniyyət nəziri Aleksandr Avdeyevi deputat Vladimir Medinski, təhsil naziri Andrey Fursenkonu Dmitri Livanov, energretika naziri Sergey Şmatkonu Aleksandr Novak, iqtisadi inkişaf naziri Elvira Nabiullinanı Andrey Belousov, nəqliyyat naziri İqor Levitini Maksim Sokolov, kənd təsərrüfatı naziri Yelena Skrınniki Nikolay Fyodorov, rabitə naziri İqor Şeqolevi Nikolay Nikiforov, fövqəladə hallar naziri Sergey Şoyqunu Vladimir Puçkov əvəz edib.

Xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Anatoli Serdyukov, ədliyyə naziri Aleksandr Konovalov, maliyyə naziri Anton Siluanov, idman naziri Vitali Mutko vəzifələrində qalıblar.

Sənaye naziri vəzifəsinin icraçısı Denis Manturov nazir təyin edilib. Səhiyyə və Sosial İnkişaf Nazirliyi iki yerə bölünüb: səhiyyə və əmək. Səhiyyə naziri vəzifəsinə Veronika Skvortsova, əmək naziri vəzifəsinə isə Maksim Topilin təyin olunub.

Regional inkişaf naziri postuna Oleq Qovorun gətirilib.

Uzaq Şərqin inkişafı üzrə yeni yaradılan nazirliyə Viktor İşayev rəhbərlik edəcək. Ekologiya və təbii ehtiyatlar naziri kreslosunu Sergey Donskoy tutub. “Açıq hökumət”lə əlaqələr üzrə nazir bu strukturun rəhbəri Mixail Abızov olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR