Zaqatala rayonunda ağac emalı sexində yanğın olub

Zaqatala rayonunda ağac emalı sexində yanğın olub
# 18 avqust 2012 07:22 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda ağac emalı sexində yanğın olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Məlumata görə, hadisə Zaqatala şəhərinin girəcəyində yerləşən və hazırda fəaliyyət göstərən, Murtuzəli Zamanova məxsus ümumi sahəsi 800 kv/m olan ağac emalı sexində baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində ağac emalı sexinin 350 kv/m sahəsinin yanar konstruksiyaları, orada olan taxta materialı və 9 ədəd dəzgah yanaraq yararsız hala düşüb. Zaqatala rayon YMH-nin əməkdaşlarının səyi nəticəsində binanın 450 kv/m sahəsi və ərazidə olan digər tikililər yanğından mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı FHN-in Zaqatala rayon YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR