Bakıda müəllimlər üçün ən çox vakant yer Xəzər, ən az yer isə Yasamal rayonundadır

Bakıda müəllimlər üçün ən çox vakant yer Xəzər, ən az yer isə Yasamal rayonundadır
# 04 iyul 2012 12:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakının ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üçün ən çox vakant yer Xəzər (57 yer), ən az yer isə Yasamal rayonu ərazisindəki məktəblərdədir. APA-nın Bakı şəhəri üzrə Təhsil İdarəsinin saytına istinadən verdiyi məlumata görə, 2012 – 2013-cü dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə 293 vakant yer var. Müsabiqədə ən böyük tələb fiziki tərbiyə, ibtidai sinif və ingilis dili müəllimlərinədir. Fiziki tərbiyə fənni üzrə 45 (Azərbaycan bölməsi üzrə 39, rus bölməsi üzrə 6), ibtidai sinif üzrə 39 (Azərbaycan bölməsi üzrə 26, rus bölməsi üzrə 13), ingilis dili üzrə isə 37 (Azərbaycan bölməsi üzrə 32, rus bölməsi üzrə 5) vakant yer var. Bundan sonra digər fənlər üzrə vakant yerlər sıralanır.

Ümumilikdə Azərbaycan bölməsi üzrə 237, rus bölməsi üzrə 56 müəllimə ehtiyac var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR