Son 16 ayda ilk dəfə olaraq Azərbaycan banklarının kredit portfeli azalıb

Son 16 ayda ilk dəfə olaraq Azərbaycan banklarının kredit portfeli azalıb
# 12 sentyabr 2012 12:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın bank sektorunda uzun müddətdən bəri ilk dəfə olaraq kredit portfelinin azalması müşahidə edilib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, avqustun 1-də ölkənin bank sektorunda verilmiş kreditlərin ümumi həcmi 10 826,4 mln. manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən 8,4 mln. manat və ya 0,08% azdır.

Qeyd edək ki, bank sektorunda ümumi kredit portfelinin azalması uzun müddət ərzində ilk dəfədir baş verir. Sonuncu dəfə bu hal 2011-ci ilin martında baş verib - həmin vaxt ümumi kredit portfelinin həcmi birdən-birə 8,6% azalıb.

İyul ayında iqtisadiyyatın müxtəlif sektorları üzrə kreditlər ticarət və xidmət, eləcə də nəqliyyat və rabitə sektorlarında azalıb. Ticarət və xidmət sektorunda kreditlərin həcmi 75 mln. manat və ya 2,6% azalaraq 2 816,2 mln. manata, nəqliyyat və rabitə sektorunda isə 16 mln. manat və ya 3,9% azalaraq 396,9 mln. manata düşüb.

Energetika (artım 9,2 mln. manat), kənd təsərrüfatı (1,2 mln. manat), inşaat və əmlak (21,4 mln. manat), sənaye və istehsal sektoruna (15,9 mln. manat) verilən kreditlər, eləcə də istehlak kreditlərinin (31 mln. manat) həcmi isə artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR