Azərbaycanda müəllim işləmək istəyən namizədlər daha çox vakant yer seçə biləcəklər
04 iyul 2012 11:15 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib. Onun sözlərinə görə ötən il namizədlər 4 vakant yer seçə bilirdilərsə, bu il bu rəqəm 8 olacaq: “Seçim imkanını ona görə artırmışıq ki, daha çox vakant yerlərə sənəd verilsin və həmin yerlər dolsun”.
F. Qədirov deyib ki, bu il imtahanların nəticələrinə əsasən, keçid balları da dəyişdirilə bilər: “ Reqlamentdə nəzərdə tutulub ki, imtahan suallarının 80 faizinə, ucqar kənd məktəblərində olan vakant yerlər üçün isə sualların 60 faizinə düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunurlar. Bu il yenilik tətbiq ediləcək. Belə ki, əgər müsabiqə zamanı görsək ki, vakant yer qalıb o zaman keçid balına dəyişiklik ediləcək. Yəni vakant yerlərin sayı çox olarsa, keçid balını müəyyən qədər aşağı salacağıq ki, daha çox müəllimlər işlə təmin olunsun və vakant yerlər dolsun”.
F. Qədirov onu da deyib ki, bu il ali və orta ixtisas məktəblərini bitirən, hələ təhsil sənədlərini almayan məzunlar da müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Onun sözlərinə görə, təhsil sənədlərini almayan məzunlar arayış vasitəsilə vakant yerlər üçün elektron ərizə verə bilərlər: “Onlara da imkanlar yaradırıq ki, ərizə verib, imtahanlara qatıla bilsinlər. Lakin müsabiqədən keçib işə qəbul olunduqdan sonra onlardan təhsil sənədləri tələb ediləcək”.

Sosial
Azərbaycan Milli QHT Forumunun rəhbərliyində dəyişikliklər olacaq
09:08
6 may 2024
Bakıda sıxlıq olan yollar - SİYAHI
08:25
6 may 2024
“Al Jazeera”: İsrailin Rəfaha hücumu nəticəsində 21 nəfər ölüb
06:38
6 may 2024
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024