Gədəbəydəki mis mədəninin ərazisində yanğın olub

Gədəbəydəki mis mədəninin ərazisində yanğın olub
# 10 may 2012 09:07 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Gədəbəy rayonunda yerləşən mis mədənində yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı xəbərə görə, mədənin ərazisində ümumi sahəsi 80 kvadrat metr olan vaqon tipli yataqxananın yanar konstruksiyaları və içərisindəki əşyalar 35 kvadrat metr sahədə yanıb. Vaqonun qalan hissəsi və yaxınlıqdakı digər vaqonlar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR