MTRŞ sədri: “Qanun imkan versəydi, problemli ailələr üzərində hazırlanan verilişlər barədə tədbir görərdik”

MTRŞ sədri: “Qanun imkan versəydi, problemli ailələr üzərində hazırlanan verilişlər barədə tədbir görərdik”
# 18 oktyabr 2012 15:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda bəzi televiziya kanalları problemli ailələr üzərində verilişlər hazırlamağı əllərində bayraq ediblər. Problemli ailələr üzərində tok-şouların qurulması ən yaralı yerimizdir”.

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, telekanallar süni şəkildə bu məsələ ilə bağlı gərginlik yaradırlar. “Bəzən verilişlər çəkilərkən hər iki tərəfin bir-biri ilə dava səhnələrini görürük. Telekanallar elə hesab edir ki, bu, normaldır. Belə hallar olmamalıdır. Telekanallar məhkəmə orqanları deyil. Əgər onlar jurnalist araşdırması aparırsa, belə verilişdə heç də dava səhnələri olmamalıdır. Amma kanallar münaqişə olan tərəflərin davasını ən ağır formada göstərirlər, bəzən tərəflər söyüşlər söyürlər. Bu da qəbul olunan hal deyil. Biz bununla bağlı telekanal rəhbərlərinə öz tövsiyələrimizi vermişik”.

Şura sədri qeyd edib ki, belə verilişlərin olması arzuolunan deyil: “Qanunvericilik bizə imkan versəydi, bu dəqiqə həmin halları aradan qaldırardıq. Hazırda bununla bağlı işlər görülür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR