Somali paytaxtındakı Milli teatrın qarşısında iki partlayış törədilib, 8 nəfər ölüb

Somali paytaxtındakı Milli teatrın qarşısında iki partlayış törədilib, 8 nəfər ölüb
# 20 sentyabr 2012 18:20 (UTC +04:00)
Bakı-APA. Somalinin paytaxtı Moqadişodakı Milli teatrın qarşısındakı restoranda iki intiharçı-kamikadze partlayış törədib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub. Bu teatrın yaxınlığında törədilən ikinci terror aktıdır. Vətəndaş müharibəsi səbəbindən 20 il bağlı olan teatr martın 19 açılıb. Lakin aprelin əvvəlində orada partlayış törədilib. Terror aktı nəticəsində Somali Olimpiya komitəsinin sədri Aden Yabarou Viiş və Somali futbol federasiyasının sədri Səid Məhəmməd Nur həlak olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR