Ukrayna və Azərbaycan kinematoqrafları birgə film çəkiblər – FOTO

Ukrayna və Azərbaycan kinematoqrafları birgə film çəkiblər – <font color=red>FOTO</font>
# 08 oktyabr 2012 14:09 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Ukrayna və Azərbaycan kinematoqrafları birgə qısametrajlı “Sakura” adlı filmin çəkilişlərini bitiriblər. APA-nın məlumatına görə, çəkilişlər Kiyevdə baş tutub və filmdə çəkilmək üçün Azərbaycandan məşhur aktyor, əməkdar artist Ayşad Məmmədov dəvət olunub. O filmdə əsas rolu oynayıb. Filmdə A.Məmmədovun partnyoru Ukraynanın teatr aktrisası Tatyana Qavrilyuk olub. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Novruz Hikmət, operatoru Yuriy Dunay, prodüsserləri Novruz Hikmət və İrina Biçevadır. Film iki insanın narahatlıqlardan, onların qorxularından, arzu və məhəbbətindən bəhs edir. Film beynəlxalq prokat üçün nəzərdə tutulub və müxtəlif kinoteatrlarda təqdim olunacaq. Hazırda film postprodakşn mərhələsindədir və bu işlər Bakıda gerçəkləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR