ARDNŞ prezidenti: «Əsrin Müqaviləsi»nin operatorunun dəyişməsi gündəlikdə deyil»

ARDNŞ prezidenti: «Əsrin Müqaviləsi»nin operatorunun dəyişməsi gündəlikdə deyil»
# 24 oktyabr 2012 10:12 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdallyev müqavilənin operatorunun dəyişməsi ehtimalı ilə bağlı suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, bu hüquqlar indi də qüvvədədir: «Bu hüquqlar bizdə qalır və biz lazım gələrsə, bundan istifadə edə bilərik. Amma hal-hazırda bu hüquqlardan istifadə etmək vaxtı deyil».

ARDNŞ rəhbəri bildirib ki, «Əsrin Müqaviləsi»nin (Xəzər dənizində «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi) imzalanmasından 18 il keçir və bu müddət ərzində Azərbaycan hökuməti bu müqavilənin iştirakçılarına böyük hörmətlə yanaşıb və heç vaxt müqavilədə bir vergül belə dəyişməyib: «Bu da imkan verib ki, belə müsbət nəticələr əldə olunsun».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR