Mingəçevirdə məcburi köçkünlərin yerləşdiyi binasında güclü yanğın baş verib

Mingəçevirdə məcburi köçkünlərin yerləşdiyi binasında güclü yanğın baş verib
# 15 sentyabr 2012 15:09 (UTC +04:00)
APA-nın məlumatına görə hadisə bu gün günorta saatlarında şəhərin Sağ Sahil qəsəbəsindəki Məhsəti küçəsi 3 saylı ünvanda yerləşən dəmir yol işçilərinin yataqxanasında baş verib.

Məcburi köçkünlərin yaşadığı beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki yanğının söndürülməsi üçün əraziyə Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin 4 maşını və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı 4 məcburi köçkün ailəsinin yerləşdiyi və ümumi sahəsi 100 kvadratmetr olan 5 otaq içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlər alovun digər otaqlara keçməsinin qarşısını alıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğına elektrik naqillərində baş verən qısa qapanmanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR