Bu ilin I yarısında Azərbaycanda 25 elektron ATS istifadəyə verilib

Bu ilin I yarısında Azərbaycanda 25 elektron ATS istifadəyə verilib
# 17 iyul 2012 14:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 25 yeni elektron ATS istismara verilib, 5 ATS rekonstruksiya olunub, 12 ATS-də genişləndirmə işləri aparılıb.

«APA-Economics»in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclasında Aparat rəhbəri Vidadi Zeynalov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə 47 406 ədəd ADSL portu artırılıb, 21 ədəd TV-radio vericisi quraşdırılıb və 9 ədəd poçt şöbəsi binası tikilib: «Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 8 895 nömrə artırılaraq 1 736 695 nömrəyə çatdırılıb. Həmçinin 81.0 km yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber-optik kabellər çəkilib və artıq ölkənin əksər rayonlarının bu xəttə qoşulması başa çatıb».

V.Zeynalov bu ilin 6 ayı ərzində «Aztelekom» İstehsalat Birliyinin şəbəkəsində 17 372 yeni istifadəçinin genişzolaqlı internetə qoşulması imkanın yaradıldığını və bununla da şəbəkənin ümumi tutumu 61 175-ə, bu xidmətin təşkil olunduğu TKQ-lərin sayının isə 57-yə çatdırıldığını bildirib: «Beləliklə, ölkənin bütün rayon mərkəzlərində abunəçilər sürətli internet xidmətindən istifadə etmək imkanı əldə ediblər. Bu ilin 6 ayı ərzində Birlik üzrə genişzolaqlı internet istifadəçilərinin sayı ilin əvvəli ilə müqayisədə 22 070 ədəd artırılaraq 42 168 ədəd təşkil edib».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR