BFB-da Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-da Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib
# 21 iyun 2012 15:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının beşinci emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda 3 mln. manat məbləğində istiqraz çıxarılıb. Sifarişlərin nominal üzrə ümumi məbləği 32,223 mln. təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib. Sifarişlər emitent tərəfindən 100,8167% qiymətdə təqdim olunub.

İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci ilin yanvarın 22-də icra olunacaq.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti bu ilin yanvar ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 30 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İndiyədək sözügedən emissiyanın 20 mln. manatı yerləşdirilib.

Xatırladaq ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin oktyabrın 4-də başlanan və həcmi 20 mln. manat olan 4 buraxılış tam yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR