Bu gün Azərbaycanın futbol yığması dünya çempionatının qrup mərhələsində ilk oyununu keçirəcək

Bu gün Azərbaycanın futbol yığması dünya çempionatının qrup mərhələsində ilk oyununu keçirəcək
# 07 sentyabr 2012 16:25 (UTC +04:00)
Bakı-APA. Bu gün 2014-cü il dünya çempionatının Avropa zonasında seçmə qrup mərhələsinə start verilir. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqtsun rəhbərlik etdiyi milli komandamız da mübarizəyə başlayır.

Yığmamız DÇ-2014-ün seçmə oyunlarına Bakıda start verir ki, rəqib indiyədək 3 dəfə qarşılaşıb, qol vura bilmədiyimiz İsrail millisidir.

F qrupunda yer alan komandamız Tofiq Bəhramov adına Respublika stadionunda ilk xalını qazanmağa çalışacaq.

21:00. Azərbaycan – İsrail
Baş hakim:
Matey Yuq
Baş hakimin köməkçiləri: Marko Stancin, Milan Koqeyj
Dördüncü hakim: Slavko Vinçiç (hamısı Sloveniya)
Hakim-inspektor: Peter Fröydfeldt (İsveç)
Komissar: Mixail Varabyov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR