İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs tutulub

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs tutulub
# 25 avqust 2012 07:20 (UTC +04:00)
APA-nın Dövlət Gömrük Komitəsinin (DGK) saytına istinadən məlumatına görə, Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Rəhimov Rəhim Vilayət oğlunun üzərində aparılmış şəxsi yoxlama zamanı şəxsi istehlak miqdarından artıq miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan 4 ədəd həbdən ibarət «Methadone 20» göstəricili psixotrop dərman preparatı, daxili orqanı - düz bağırsağında gizlətdiyi iki ədəd yumru uzunsov bükümlərin birindən, xalis çəkisi 16,400 qram narkotik vasitə - heroin, digərindən isə xalis çəkisi 16,500 qram psixotrop maddə - metamfetamin gömrük əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.

Fakta görə DGK İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR