Bakı Metropolitenindən istifadə edənlərin sayı 9% artıb

Bakı Metropolitenindən istifadə edənlərin sayı 9% artıb
# 02 may 2012 12:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin mart ayı ərzində Bakı Metropolitenindən 17 mln. nəfər sərnişin yararlanıb ki, bu da əvvəlki aya nisbətən 12,6% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında metrodan 47,5 mln. nəfər istifadə edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 8,7% çoxdur.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR