Son bir ildə Azərbaycanda sərnişindaşıma xidmətində 9%-dək artım olub

Son bir ildə Azərbaycanda sərnişindaşıma xidmətində 9%-dək artım olub
# 18 iyul 2012 15:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 103,3 mln. ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,7% çox olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 761,2 mln. nəfər sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 8,8% çox olub.

Yüklərin 10,7%-i dəmir yolu nəqliyyatı, 54,1%-i avtomobil nəqliyyatı, 6,3%-i dəniz nəqliyyatı, 28,9%-i boru kəmərləri ilə, sərnişinlərin 86,6%-i avtomobil nəqliyyatı, 13,1%-i metropolitenlə daşınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR