Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İKT şirkətinə lisenziya verib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İKT şirkətinə lisenziya verib
# 06 sentyabr 2012 12:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi üzrə «Ultra Computers» şirkətinə 5 illik lisenziya verib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, lisenziya üzrə fəaliyyət Nazirlər Kabineti tərəfindən 2010-cu ilin sentyabrın 6-da təsdiq edilmiş «Fərdi məlumatların mühafizəsinə dair Tələblər» əsasında həyata keçirilir: «Fərdi məlumatların mühafizəsinə dair Tələblər «Fərdi məlumatlar haqqında» qanununun tətbiq edilməsi barədə» Azərbaycan prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanına əsasən hazırlanıb».

Tələblər fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR