Hacıqabul rayonunda avtomobil piyadaları vurub, bir nəfər ölüb, digəri isə ağır yaralanıb

Hacıqabul rayonunda avtomobil piyadaları vurub, bir nəfər ölüb, digəri isə ağır yaralanıb
# 20 oktyabr 2012 22:54 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı - APA. Azərbaycanın Hacıqabul rayonunda avtomobil piyadaları vurub, bir nəfər ölüb, digəri isə ağır yaralanıb.

Bu barədə APA-nın Mİl-Muğan bürosuna yol patrul xidmətinin əməkdaşı Muradi Aqil məlumat verib. Onun bildirdiyinə görə, hadisə Bakı-Qazax avtomobil yolunun 92-ci kilometrliyində Hacıqabulun Atbulaq kəndi ərazisində qeydə alınıb. Hacıqabul rayonunun Abdulabad kənd sakini 49 yaşlı Qədirov Səfər Ağaqulu oğlu idarə etdiyi “Mersedes” markalı 10 VT 884 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun ehtiyat hərəkət hissəsində dayanan piyadaları vurub.
Yaralılar Atbulaq kənd sakinləri 53 yaşlı Balakişiyev Rasim Aprel oğlu və 4 yaşlı Balakişiyev Ömər Mətləb oğlu Şirvan mərkəzi xəstəxanasına yerləşdirilmişdir.
Həkimlərin səyinə baxmayaraq yaralılardan biri Balakişiyev Rasim Aprel oğlunun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı 4 yaşlı Ömərin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.
Faktla bağlı BDYP idarəsinin istintaq şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR