AZAL bu gündən Bakı-Qəbələ marşrutu ilə uçuşlara başlayıb

AZAL bu gündən Bakı-Qəbələ marşrutu ilə uçuşlara başlayıb
# 01 iyun 2012 14:55 (UTC +04:00)
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, uçuşlar hər həftənin V və VII günləri yerinə yetiriləcək. Sözügedən marşrut üzrə Bakıdan təyyarə saat 17:45-də havaya qalxacaq və saat 18:30-da Qəbələdə enəcək. Əks istiqamətdə isə avialayner saat 19:10-da qalxacaq və saat 19:55-də Bakıda enəcək. Bu marşrut üzrə uçuşlar mövsümi xarakter daşıyır və aviareys oktyabrın 27-dək həyata keçiriləcək.

Artıq bu gün ilk reys həyata keçirilib.

«ATR-72» tipli avialaynerlə yerinə yetirilən Bakı-Qəbələ aviareysinə biletin qiyməti 48 manat (hər iki istiqamətdə 96 manat), 2 yaşadək uşaqlar üçün 4,8 manat (9,6 manat), 2-12 yaşında uşaqlar üçün isə 32,16 manat (64,32 manat) təşkil edir.

Qeyd edək ki, hazırda AZAL Bakı-Naxçıvan, Bakı-Gəncə, Bakı-Zaqatala, Bakı-Lənkəran və Gəncə-Naxçıvan aviareysləri üzrə uçuşlar həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR