İranda yeni özəl çevik alayı komandanlığı yaradılacaq

İranda yeni özəl çevik alayı komandanlığı yaradılacaq
# 23 mart 2012 01:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranda özəl çevik alayı komandanlığı yaradılacaq”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranın Passiv Müdafiə Təşkilatının rəhbəri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) üzvü, general Qulamrza Cəlali deyib. O bildirib ki, yeni qurulacaq komandanlıq hər cür radioaktiv və nüvə terroru aktlarına qarşı nəzarət funksiyasını həyata keçirəcək: “Yeni komandanlıq İranın təhlükəsizliyini təhdid edən hər cür ünsürlərə qarşı mübarizə aparcaq. Özəl çevik alayı İranın digər müdafiə qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək”. Q. Cəlali əlavə edib ki, İrana qarşı hər cür təhdidin qarşısını almaq üçün lazım olan bütün tədbirlər görüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR