Azərbaycan prezidenti İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb
# 19 sentyabr 2012 16:09 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, Qurbanov Rəhman Əlisgəndər oğlu və Məmmədov Səfixan Rüstəm oğlu “Şöhrət” ordeni ilə təltif olunub. Bundan başqa Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə 67 neftçi "Tərəqqi" medalı ilə təltif edilib.

Prezidentin digər sərəncamı ilə Abdullayev Vaqif Adil oğlu, Bəkirov Şaiq Xanbaba oğlu, Əmirov Nail Nurov oğlu, Mədətov Mübariz İsrafil oğlu və Şirəli İskəndər Yaqub oğlu “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın neft sənayesində səmərəli fəaliyyətinə görə Kasımov Əlihüseyn Əlimuxtar oğlu və Süleymanov Həsən Teymur oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR