Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanları başlayıb
18 iyul 2012 07:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanları başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, III ixtisas qrupuna daxil olan xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turlarda iştirak edərək müvəffəq qiymət alan və test imtahanı nəticəsində müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər iyulun 18-dən qabiliyyət imtahanı verəcəklər. Qabiliyyət imtahanları iyulun 24-dək davam edəcək. Test imtahanının nəticəsinə əsasən 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.
Qabiliyyət imtahanından keçməyən abituriyentlər müsabiqə şərtini ödədikləri halda həmin qrupa aid xüsusi qabiliyyət tələb etməyən digər ixtisasların müsabiəqəsində iştirak edə bilərlər.
Qabiliyyət imtahanından keçməyən abituriyentlər müsabiqə şərtini ödədikləri halda həmin qrupa aid xüsusi qabiliyyət tələb etməyən digər ixtisasların müsabiəqəsində iştirak edə bilərlər.
Sosial
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
13:47
6 may 2024
BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib
13:01
6 may 2024
Dövlət Komitəsi yetkinlik yaşına çatmayan üçün nişan mərasiminin təşkilinə münasibət bildirib
12:10
6 may 2024
Britaniyada Qarabağ atlarının qatıldığı “Vindzor Kral Atçılıq Şousu” başa çatıb - VİDEO
12:02
6 may 2024